Marneulidə baş verən qarşıdurma ilə bağlı Daxili İşlər Nazirliyi
11 nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsi və Xüsusi
Tapşırıqlar Departamentinin əməkdaşları, hakim qərarı əsasında
həyata keçirilən tədbirlər nəticəsində, cinayət işi üzrə yalan
ifadə vermə və qrup şəklində xuliqanlıq ittihamı ilə 11 nəfəri
saxlayıb. Daha bir nəfərə isə qəsdən sağlamlığa ağır zərər vurma
faktı
ilə bağlı qiyabi olaraq ittiham irəli sürülüb.
İstintaq nəticəsində aydın olub ki, Marneulidə müttəhimlər arasında
baş verən mübahisə fiziki qarşıdurmaya çevrilib. Saxlanılan şəxslər
ictimai asayişi kobud şəkildə pozublar. Fiziki qarşıdurma zamanı
onlardan biri soyuq silahdan istifadə edərək 1994-cü il təvəllüdlü
B.A.-ya ağır xəsarət yetirib.
DİN-in açıqlamasına görə, saxlanılanlardan hadisənin şahidi olan 7
nəfər istintaqla əməkdaşlıq etməyib və dindirilmə zamanı
hüquq-mühafizə orqanlarına yalan məlumat veriblər.
Cinayətdə iştirak edən 11 nəfər təqsirləndirilən şəxs qismində
saxlanılıb. Digər bir nəfərə qarşı isə qəsdən sağlamlığa ağır zərər
vurma faktı ilə bağlı qiyabi ittiham irəli sürüləcək və barəsində
axtarış elan ediləcək.
Faktla bağlı Cinayət Məcəlləsinin 117, 239 və 370-ci maddələri ilə
istintaq aparılır. Həmin maddələr 7 ilədək müddətə azadlıqdan
məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.