Marneuli yerli özünüidarəsi Cavaxişvili küçəsində mövcud olan
suvarma kanalının bərpası işlərinin satın alınması ilə bağlı artıq
üçüncü dəfə tender elan edib.
Son iki tenderdə heç bir şirkət iştirak etmədiyi üçün tenderlər baş
tutmamış elan olunmuşdu.
Marneuli meriyası tərəfindən elan edilmiş tenderə əsasən, ümumi
uzunluğu 909 metr olan dəmir-beton suvarma kanalının qurulması
planlaşdırılır. Bunun 761 metri
monolit dəmir-beton, 148 metri isə
yığma dəmir-beton konstruksiyalı suvarma kanalı olacaq.
“Suvarma kanalı Marneuli şəhərinin Cavaxişvili
küçəsində qurulmalıdır. Hazırkı vəziyyətə görə, həm məskunlaşmamış
ərazilərdən, həm də sakinlərin torpaqlarından və həyətlərindən
keçən mövcud torpaq sahəsi zədələnmiş və təmizlənməyə ehtiyac
yaranıb. Bu səbəbdən suvarma suyu təyinat yerinə çata bilmir və
ətrafdakı həyətyanı sahələri su basır. Həmçinin baş qurğu da
zədələnmişdir. Qeyd olunanlardan irəli gələrək, yeni suvarma
kanalının qurulması zəruridir”, – suvarma kanalının
qurulması layihəsində qeyd olunur.
Yerli özünüidarə Cavaxişvili küçəsində yerləşən suvarma kanalının
bərpasına 225 140 lari xərcləməyi planlaşdırır. Tenderdə şirkətlər
16-19 may tarixlərində iştirak edə bilərlər. Qalib şirkət işləri
müqavilə imzalandıqdan sonra 120 gün ərzində yerinə yetirməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.