Gürcüstan Ədliyyə Nazirliyinin Milli İcra Bürosu Marneulidə 3
daşınmaz əmlakı hərrac yolu ilə satışa çıxarıb.
Hərrac saytında yerləşdirilən məlumata görə, Milli İcra Bürosu
Marneuli bələdiyyəsinin Şulaveri və Şaumyan kəndlərində, eləcə də
Marneuli şəhərində yerləşən daşınmaz əmlakları satır.
Marneuli şəhərində 1 500 kv.m kənd təsərrüfatı təyinatlı torpaq
sahəsi 49 000 lariyə satışa çıxarılıb. Hərracda addım qiyməti 980
lari təşkil edir. Məlumata əsasən, torpaq sahəsi 98 000 lari
dəyərində qiymətləndirilib. Hərrac mayın 7-də başa çatır.
Şaumyan kəndində Milli İcra Bürosu 2 100 kv.m torpaq sahəsini 6 075
lariyə satışa çıxarıb, addım
qiyməti isə 81 laridir. Hərrac
məlumatına görə, torpaq 8 100 lari dəyərində qiymətləndirilib. Bu
hərrac da mayın 7-də yekunlaşır.
Şulaveri kəndində isə Milli İcra Bürosu kənd təsərrüfatı torpağı və
yaşayış evinin onda bir (1/10) hissəsinin satılmasını planlaşdırır.
Hərrac şərtlərinə görə, 1 254 kv.m daşınmaz əmlakın 1/10 hissəsi 4
650 lariyə satışa çıxarılıb. Addım qiyməti 62 lari olan bu hərrac
mayın 11-də başa çatacaq.
Gürcüstan Ədliyyə Nazirliyinin Milli İcra Bürosu daşınmaz əmlakı o
halda satır ki, borclu üzərinə qoyulmuş maliyyə öhdəliyini yerinə
yetirə bilmir və kreditor məcburi icra tələb edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.