Leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə Maradisi kəndində xeyriyyə festivalı keçiriləcək

Maradisi icitmai məktəbinin ekologiya klubu, “Maradisili qadınlar Gələcək üçün"təşəbbüs qrupu, "Yaşıl Maradisi" kooperativi və kənd sakinləri xeyriyyə festivalı keçirəcək.


Tədbir 23 may tarixində Marneuli bələdiyyəsinin Maradisi kəndində baş tutacaq.

“Festivalda ekoklubun dost məktəbləri, sahibkar qadınlar, müxtəlif kəndlərdən olan təşəbbüs qrupları, təşkilatlar, həmçinin Maradisini və maradisliləri sevən insanlar iştirak edəcəklər”, – təşkilatçılar yazır.

Maradisi ekologiya klubunun təşəbbüsü ilə salınmış parkda əl işləri, toxunma əşyalar, dekorativ bitk
ilər, şitillər, güllər, tərəvəzlər, rəsmlər və digər məhsullar nümayiş olunacaq.

Həmçinin qida məhsullarının satışı təşkil ediləcək.

Azərbaycanlı, erməni və gürcü ifaçıların iştirakı ilə konsert proqramı keçiriləcək.

Arzu edənlər “Ad ağacı” alaraq Maradisi parkında kölgəlik üçün əkə biləcəklər.

Festivaldan əldə olunan gəlir leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara köçürüləcək.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google