Marneuli ictimai məktəblərində birinci sinif şagirdlərinin
qeydiyyatının üçüncü mərhələsi 15 may tarixində başlayacaq.
Birinci sinif şagirdlərinin əksəriyyəti məhz üçüncü mərhələdə
qeydiyyatdan keçir.
Yerli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadzenin
"Marneuli" radiosuna verdiyi məlumata görə, bu il Marneulidə həm
özəl, həm də dövlət təhsil müəssisələri daxil olmaqla, təxminən
2000-ə yaxın birinci sinif şagirdinin qəbulu gözlənilir.
Bələdiyyə
miqyasında 74 dövlət məktəbi və 2 özəl məktəb fəaliyyət
göstərir.
III mərhələ – ərazi prinsipi üzrə onlayn qeydiyyat 2026-cı ilin 15
may tarixindən 25 may tarixinədək davam edəcək. Qeydiyyat Təhsil
İdarəetmə İnformasiya Sisteminin rəsmi internet səhifəsində
(registration.emis.ge) həyata keçiriləcək. Qeydiyyatı valideyn və
ya qanuni nümayəndə həyata keçirir.
Dövlət məktəblərində III mərhələdə elektron qaydada qeydiyyatdan
keçmiş şagirdlərin qəbulu üçün zəruri sənədlərin qəbulu 2026-cı
ilin 27 may tarixindən 12 iyun tarixinədək həyata keçiriləcək.
Birinci sinfə qəbul üçün tələb olunan sənədlər: şagirdin qanuni
nümayəndəsinin ərizəsi (ərizədə qanuni nümayəndənin yaşayış yeri və
telefon nömrəsi haqqında məlumat qeyd olunmalı və Gürcüstanın Ümumi
İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər
tələblərə cavab verməlidir), qanuni nümayəndənin şəxsiyyətini
təsdiq edən sənədin surəti və Gürcüstanda yaşayış icazəsini təsdiq
edən sənədin surəti (olduğu təqdirdə). Sənədlər xarici dildə təqdim
edildikdə, onlara Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada gürcü dilinə tərcümə edilmiş variant əlavə edilməlidir.
Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq
edən sənədin surəti və ya Gürcüstanda yaşayış icazəsini təsdiq edən
sənədin surəti (olduğu təqdirdə). Sənədlər xarici dildə təqdim
edildikdə, onlara Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada gürcü dilinə tərcümə edilmiş variant əlavə edilməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.