Marneuli yerli özünüidarəsi Uşaqların Müdafiəsi Günü ilə
əlaqədar çoxfunksiyalı əyləncə mərkəzinin xidmətini sadələşdirilmiş
qaydada satın alıb.
Marneuli meriyası ilə "CBD Development" MMC arasında imzalanmış
müqaviləyə əsasən, yerli özünüidarə aztəminatlı 36 uşaq üçün
əyləncə mərkəzinin xidmətini 2 808 lariyə əldə edib.
Marneuli meriyası marneulili uşaqları Tbilisiyə əyləncə mərkəzinə
aparıb. Sadələşdirilmiş satınalma ilə bağlı məruzə vərəqəsinə görə,
özünüidarə
əyləncə mərkəzi xidmətini yerli səviyyədə təmin etməyə
çalışsa da, bazar araşdırmasında yerli şirkətlər iştirak
etməyib.
“İki dəfə aparılan bazar araşdırmasının satınalma
prosedurları nəticəsində yerli bazarda analoji təklifi olan digər
tədarükçünün/bazar araşdırması iştirakçısının obyektiv olaraq
tapılmaması və bu 36 aztəminatlı uşaq üçün onlara həsr olunmuş
Beynəlxalq Uşaq Gününün unudulmaz və xoşbəxt anlarla dolu bir günə
çevrilməsinin nə qədər vacib olduğu (çünki onlar bu cür imkanlardan
olduqa məhrumdurlar) nəzərə alınıb. Marneuli Bələdiyyəsinin
Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının
Müdafiəsi və Dəstəklənməsi Xidmətinin Təhsil, Mədəniyyət, İdman və
Gənclər Şöbəsi tərəfindən toplanmış məlumata görə, sözügedən uşaq
əyləncə mərkəzinin 1 iyun tarixində olan gərgin qrafiki və azyaşlı
uşaqların valideynlərinin iş qrafiki nəzərə alınaraq, xidmətin 1
iyun əvəzinə 31 may 2026-cı il tarixində göstərilməsi
məqsədəuyğundur”, - meriyanın Səhiyyə, Sosial
Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və
Dəstəklənməsi Xidmətinin rəhbəri vəzifəsini icra edən İoane
Laşxinin məruzə vərəqəsində qeyd olunub.
İoane Laşxinin məruzə vərəqəsinə əsasən, Marneuli meriyası uşaqları
əyləncə mərkəzinə aparmaq üçün avtobuslar da ayırıb.
İki mikroavtobus uşaqlara aşağıdakı marşrutlar üzrə xidmət
göstərib:
Marşrut 1: Xixani - Norqiuli - Algeti - Marneuli - Tbilisi
və geriyə;
Marşrut 2: Tamarisi - Alavari - Marneuli və
geriyə.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.