İmir kəndindən olan 27 yaşlı Elmira Bayramovanın döş xərçəngi ilə mübarizə aparması üçün sizin köməyinizə ehtiyacı var

27 yaşlı İmir kənd sakini Elmira Bayramova xərçəng xəstəliyindən əziyyət çəkir.


O, artıq 6 aydır ki, bu xəstəliklə mübarizə aparır. Həkimlər onun 7 iyul tarixində əməliyyat olunacağına qərar veriblər və bunun üçün 24 000 lari vəsait tələb olunur. Ailənin bu məbləği qarşılamağa imkanı çatmır.

Elmiranın qayınanası Ramilə Mustafayeva “Marneuli” radiosu ilə müsahibəsində bildirdi ki, bundan əvvəl xalqın dəstəyi ilə 70 000 laridən çox vəsait toplanılıb və bu məbləğ onun 7 kurs müalicəsinə və kimyaterapiyaya sərf olunub.

“Xərçəng xəstəsidir. Yanvar ayında getdik. Həkimlər yoxlanışdan sonra dedilər ki, vəziyyət budur. Fevral ayından bu yana müalicəsi davamlı getməli idi. Həkimlər dedi ki, iki il ərzində müalicə olunmalıdır. Dünən həkimlər yenə çağırıb, yoxlanış ediblər. İyul ayının 7-də əməliyyat olunmalıdır. Əməliyyat üçün 16 000 lari tələb edirlər. Ayın 10-da isə 8 000 lari ödəməliyik, iynə vurulmalıdır. Bizim buna gücümüz çatmır. İki körpə övladı var. Hər kəsdən dəstək istəyirəm. Gəlinimə dəstək olan hər bir kəsə təşəkkür edirəm. Mən heç kəsə demirəm 1000 lari və ya 5 lari göndərsinlər, kimin gücü nəyə yetir dəstək olsunlar. Övladlarına qovuşsun. Ümidim xalqadır. 7 kurs müalicə və kimyaterapiya birlikdə 9000 lari idi. Kimyaterapiya 6 kurs edilib, dayanıb. İndi ayın 7-də əməliyyat olunandan sonra həkimlər müalicənin bir yoxsa iki il davam etməli olduğuna qərar verəcəklər. Ayın 7-si və 10-na cəmi 24 000 lari vəsait lazımdır. Bu məbləğ tamamlansa əməliyyat olunar və lazımlı olan iynə alınardı. Çətin vəziyyətdəyik. Ehtiyacım olmasa istəməzdim. Bir işləyən oğlumdur, biz əkinlə məşğul oluruq amma o da pula getmir. Gəlinim Rusiya vətəndaşıdır deyə dövlətdən dəstək olunmadı, heç müalicəsinə endirim də edilmədi”, - Ramilə Mustafayeva dedi.

Elmiranın 7 və 4 yaşlarında iki övladı var. Onlardan biri şəkərli diabet xəstəsidir və gün ərzində 4 dəfə insulin iynəsi qəbul edir.

Elmira Bayramovanın sağalması və əməliyyat xərclərinin tamalanması üçün dəstək olmaq istəyən şəxslər aşağıdakı bank hesablarına ianə edə bilərlər:

“Sakartvelo Bank” (Gürcüstan Bankı) – GE45BG0000000611643297
Alıcı: Ramin İsmayılov
TBC bank – GE87TB7100445068100025
Rus Sberbank – 89288250666 (mobil bank)
40817810960108873876
Bayramova E.O



 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından
əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google