“Qırmızı Körpü” gömrük-keçid məntəqəsinin növbə rəisi külli miqdarda rüşvət almaqda ittiham olunaraq saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gürcüstan Prokurorluğu və Gəlirlər Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Gəlirlər Xidmətinin Gömrük Departamentinin “Qırmızı Körpü” gömrük-keçid məntəqəsinin növbə rəisini külli miqdarda rüşvət alma ittihamı ilə saxlayıblar.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs xidməti vəzifəsini icra edərkən bir vətəndaşa 200 min ABŞ dollarının məcburi bəyan edilmədən Gürcüstana
gətirilməsinə kömək edəcəyini vəd edib. Bu himayə müqabilində dövlət məmuru hər bir hal üzrə 8 min ABŞ dolları məbləğində rüşvət tələb edib.

İstintaq Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsi əvvəlcədən tələb etdiyi məbləğin bir hissəsini – 4 min ABŞ dollarını aldığı zaman saxlayıblar.

Qurumun məlumatına görə, məhkəmənin qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində sözügedən cinayət əməlini əks etdirən audio və video sübutlar əldə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə istintaq aparılır. Həmin maddə 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət məmurlarını, eləcə də onlarla cinayət xarakterli sövdələşməyə girmək istəyən şəxsləri bu cür qanunsuz əməllərdən çəkinməyə çağırır. Qurumun bəyanatında qeyd olunur ki, hüquq-mühafizə orqanlarının bu kimi hər bir faktla bağlı reaksiyası operativ və qanunvericiliyə uyğun olaraq sərt olacaq.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google