Marneuli şəhər 5 saylı orta məktəbində yanğın təhlükəsizliyi
sisteminin quraşdırılması işləri üçün 42 742 lari dəyərində tender
elan edilib.
Tender sənədlərinə əsasən, satınalma çərçivəsində məktəbdə müasir
yanğın təhlükəsizliyi sistemi quraşdırılacaq. Bu sistemə avtomatik
yanğın siqnalizasiyası, qəza işıqlandırması, çıxış göstəriciləri,
yanğın zamanı insanların xəbərdar edilməsi və təxliyənin idarə
olunması sistemlərinin quraşdırılması daxildir.
Layihəyə uyğun olaraq, binada tüstü
detektorları, yanğın həyəcan
siqnalları, əl ilə idarə olunan həyəcan düymələri, qəza işıqları,
"EXIT" (çıxış) göstəriciləri, ucadanışanlar və idarəetmə paneli
quraşdırılacaq.
Həmçinin müvafiq kabel şəbəkəsinin çəkilməsi və çardağa qalxmaq
üçün pilləkənlərin montajı da nəzərdə tutulub.
Layihə sənədlərinə əsasən, qeyd olunan sistemlər yanğının vaxtında
aşkarlanmasını, həyəcan siqnalının avtomatik işə düşməsini, binada
olan insanların məlumatlandırılmasını və təhlükəsiz təxliyəsini
təmin edəcək.
Tenderdə iştirak etmək istəyən şirkətlər 11-14 iyul tarixlərində
müraciət edə bilərlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.