Marneuli meri “Qara arx”ın tez-tez zibillənməsindən narahatlığını bildirib
Marneulidə çirklənmiş “Qara arx” yenidən təmizlənib.
Marneuli meri Daur İsmayılov "Regionnews" tərəfindən yayımlanan videoda əhaliyə müraciət edərək arxı zibilləməməyi xahiş edir.

“Təəssüf ki, yenə Qara arxın yaxınlığındayıq, bu kanal yenə zibillənib. Dəfələrlə təmizlənib. Mən marneulililərə müraciət etmək və onlardan xahiş etmək istəyirəm, gəlin təbiətimizi, ətraf mühitimizi birlikdə qoruyaq” - Daur İsmayılov müsahibəsində bildirir.

"Marneuli" radiosu arxın
vəziyyəti barədə dəfələrlə süjet hazırlayıb, bundan sonra ərazi vaxtaşırı təmizlənib, lakin problem yenə təkrarlanır və kanal təmizləndikdən qısa müddət sonra yenidən çirklənir.

Biz Gürcüstan Meliorasiya Xidmətinin Marneuli üzrə Xidmət Mərkəzinin rəhbəri Tornike Qoqlidze ilə dəfələrlə müsahibə yazmışıq. Onun sözlərinə görə, çirklənmə əsasən əhalinin yanlış davranışının nəticəsidir və bu səbəbdən arxın vaxtaşırı təmizlənməsinə ehtiyac yaranır. O qeyd edir ki, bu cür işlərin hər gün aparılması qeyri-mümkündür.

Cərimə sanksiyalarının tətbiqi səlahiyyəti müxtəlif qurumlara məxsusdur:

  • Bələdiyyənin Nəzarət Xidməti – yaşayış məntəqələrindəki ictimai məkanların təmizliyinə nəzarət edir və zibilin düzgün yerləşdirilməməsinə qarşı tədbir görür;
  • Ətraf Mühitə Nəzarət Departamenti - ətraf mühitə nəzarəti həyata keçirir və qanun pozuntularına qarşı reaksiya verir;
  • Gürcüstan Daxili İşlər Nazirliyi – qanun pozuntusunu qeydə ala və müvafiq məlumatı səlahiyyətli orqanlara göndərə bilər.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




Print Email
FaceBook Twitter Google