“10 dəqiqə və ya 1 saat çəkə bilər” – Mamedqazın rəhbəri Qızılhacılıda təbii qazın bərpası barədə
Qızılhacılıda təbii qazın verilişi bu gün bərpa olunacaq.
İyulun 19-dan etibarən Qızılhacılı kənd sakinləri təbii qaz təminatından məhrum olub. Əhaliyə üç gündür ki, qaz verilmir.

Yaranmış vəziyyətlə bağlı Qızılhacılı kəndinə qaz paylayan "Mamedqaz" MMC-nin rəhbəri Nəriman Allahverdiyev ilə əlaqə saxladıq. Şirkət rəhbərinin "Marneuli" radiosuna verdiyi məlumata görə, qaz təminatının dayandırılmasına səbəb xəttə normadan artıq təzyiqin
vurulması və nəticədə boruların sıradan çıxmasıdır.

"Qaz bazar günü səhər saat 6-dan yoxdur. Hal-hazırda düzəldirlər. Ərazidə sabahdan işləyirlər, qaydaya salırlar. Təzyiqi çox buraxıblar və boruyu xarab ediblər. 30 000 larilik avadanlıq aldım, qoydum, indi düzəldirlər. Əhaliyə qazı bu gün verəcəklər. Bu 1 saat yoxsa 10 dəqiqə çəkər dəqiq deyə bilmərəm", — Nəriman Allahverdiyev bildirdi.

Qeyd edək ki, bu, Qızılhacılıda əhalinin təbii qazsız qaldığı ilk hal deyil. Təxminən bir ay əvvəl "Mamedqaz" MMC ilə Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) arasında yaranmış maliyyə anlaşılmazlığı səbəbindən əhaliyə qazın verilişi dayandırılmışdı. Belə ki, "Mamedqaz" MMC istehlakçılardan SEMEK tərəfindən müəyyən edilmiş 47 tetrilik tarifdən daha baha — 57 tetri tələb edirdi və bu səbəbdən tərəflər arasında razılıq əldə olunmurdu.

"Mamedqaz" Qızılhacılı əhalisindən müəyyən edilmiş tarifdən artıq ödəniş tələb edir – “Semek”

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google