Avtomobil Yolları Departamenti: Dmanisidə uçmuş yol hissəsi avqustun sonuna qədər bərpa olunacaq
Beynəlxalq əhəmiyyətli Poniçala–Marneuli–Ququti avtomobil yolunun 72-ci kilometrliyində, Dmanisi hissəsində yolun hərəkət hissəsinin uçduğu ərazidə dövri təmir işləri aparılır.
Əraziyə artıq Avtomobil Yolları Departamentinin məlumat lövhəsi də yerləşdirilib.

Bu yoldan hər gün istifadə edən sürücülər bildirirlər ki, çökmüş yol səbəbindən ərazidə tez-tez qəza şəraiti yaranır və hərəkət etmək çətinləşir.
Sözügedən yol hissəsi sonuncu dəfə 2016-cı ildə bərpa olunub.


Avtomobil Yolları Departamentindən "Marneuli" radiosuna bildirdilər ki, hazırda zədələnmiş ərazidə
bərpa-tamamlama işləri aparılır və prosesin avqustun sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

"Beynəlxalq əhəmiyyətli Poniçala–Marneuli–Ququti avtomobil yolunun 72+100-cü kilometrliyindəki zədələnmiş (çökmüş) hissədə dövri təmir işləri davam etdirilir. Hazırkı mərhələdə bərpa işləri həyata keçirilir. Həmçinin, layihələndirmə prosesi davam edən ikinci hissənin də bərpası nəzərdə tutulub", — Avtomobil Yolları Departamentindən izah edirlər.

Qurumun məlumatına görə, paralel olaraq həmin yolun ikinci zədələnmiş hissəsi üçün də layihələndirmə işləri aparılır və həmin sahənin bərpasına daha sonra başlanılacaq.




Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




Print Email
FaceBook Twitter Google