Marneuli Bələdiyyəsinin Uşaq Bağçaları Birliyi uşaq bağçaları
üçün balıq filesi satın almaq məqsədilə 67 400 larilik tender elan
edib.
Müqavilə layihəsinə əsasən, Birlik 2 002 kiloqram yüksək
keyfiyyətli balıq filesi (qızılbalıqkimilər fəsiləsi) almağı
planlaşdırır.
Tender sənədlərinə görə, satın alınacaq məhsul sərt standartlara
cavab verməlidir:
Xüsusiyyətlər: Balıq filesi quru üsulla dondurulmuş, yüksək
keyfiyyətli və kənar xoşagəlməz qoxusuz olmalıdır. Məhsulun buzu
əridilib yenidən dondurulması yolverilməzdir.
Çəki və qüsurlar: Hər bir balığın çəkisi 250 qramdan az
olmamalıdır. Məhsulda mexaniki qüsurlar və selik olmamalıdır.
Təhlükəsizlik: Qida məhsulu genetik modifikasiya olunmamalıdır
(GMO-suz). Məhsula Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş
sanitariya-gigiyena və qida təhlükəsizliyi tələbləri şamil
olunacaq.
Qablaşdırma və yararlılıq: Məhsul zavod qaydasında karton qutularda
(1 kq-dan 25 kq-dək qablaşdırmada) qablaşdırılmalı və üzərində
gürcü dilində tam etiketi olmalıdır. Çatdırılma anında malın qalan
yararlılıq müddəti ümumi müddətin ən azı 70%-ni təşkil
etməlidir.
Məhsulun çatdırılması alıcının tələbinə uyğun olaraq, 2026-cı il
dekabrın 31-dək mərhələli şəkildə həyata keçiriləcək.
Məhsullar Marneuli bələdiyyəsinin 14 uşaq bağçasına paylanacaq:
- Marneuli şəhər 1 saylı uşaq bağçası
- Marneuli şəhər 3 saylı uşaq bağçası
- Marneuli şəhər 4 saylı uşaq bağçası
- Tsereteli kənd uşaq bağçası
- Saimerlo kənd uşaq bağçası
- Qızılhacılı kənd uşaq bağçası
- Tamarisi kənd uşaq bağçası
- Şaumyan erməni uşaq bağçası
- Şaumyan yeni uşaq bağçası
- Şulaveri kənd uşaq bağçası
- Xixani kənd uşaq bağçası
- Kəpənəkçi kənd uşaq bağçası
- Algeti kənd uşaq bağçası
- Sadaxlı kənd uşaq bağçası
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.