"Mamed Qaz"-ın "Socarla" əvəzlənməsi - Qızılhacılıda abunəçilərin qeydiyyatı sabah yekunlaşır
"SOCAR Georgia Gas" Qızılhacılı kəndinin əhalisinə müraciət edib.
Şirkətin məlumatına görə, abunəçi kimi qeydiyyatdan keçməyin son tarixi 5 avqustdur.

Şirkətdən bildirirlər ki, abunəçi qeydiyyatı olmadan "SOCAR Georgia Gas" əhaliyə xidmət göstərə bilməyəcək və bu səbəbdən qeydiyyatdan keçməyən istehlakçıların qaz təchizatı məhdudlaşdırılacaq.

Abunəçi kimi necə qeydiyyatdan keçməli:
Qeydiyyat üçün vətəndaşlar Marneuli Xidmət Mərkəzinə (Ünvan: Marneuli
şəhəri, Yağlıca küç. N23) yaxınlaşaraq aşağıdakı sənədləri təqdim edə bilərlər:

  • Şəxsiyyəti təsdiq edən sənəd;
  • Dəqiq ünvan və telefon nömrəsi;
  • Təbii qaz sayğacının fotosu.

Onlayn qeydiyyat:

Xidmət mərkəzinə gələ bilməyənlər məlumatları onlayn formada da göndərə bilərlər:

E-poçt vasitəsilə: CLOAKING

WhatsApp / Viber vasitəsilə: 577 33 03 46

Əlavə suallar yarandığı təqdirdə əhali şirkətin Qaynar Xətti ilə əlaqə saxlaya bilər: 16114.

Gürcüstan Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (SEMEK) 2026-cı il 30 iyul tarixli qərarı ilə "Mamedqaz" MMC-nin təbii qazın paylanması lisenziyası ləğv edilib. 1 avqustdan etibarən Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində qaz təchizatı fəaliyyətini "SOCAR Georgia Gas" MMC həyata keçirəcək.

Təxminən bir ay əvvəl "Mamedqaz" MMC ilə Gürcüstan Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası arasında yaranan maliyyə narazılığı səbəbindən əhaliyə təbii qaz verilişi məhdudlaşdırılmışdı.

Mübahisənin əsas səbəbi qaz tarifi idi: "Mamedqaz" istehlakçılardan qurum tərəfindən müəyyən edilmiş 47 tetrilik tarifdən baha — 57 tetri tələb edirdi, buna görə də tərəflər razılığa gələ bilməmişdilər. İyulun 30-da "SOCAR" şirkəti Qızılhacılıda "Mamedqaz"ın təbii qaz paylanması lisenziyasının ləğv edildiyi barədə rəsmi məlumat yayımladı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google