Bələdiyyə uşaq bağçalarına at əti verən şirkətdən 195 257 lari dəyərində ət alıb

Marneuli Bələdiyyəsinin Uşaq Bağçaları Birliyi "B.G.M.1" şirkətindən 195 257 lari dəyərində ət alıb.


Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi məhz bu faktla bağlı uşaq bağçalarına mal əti əvəzinə dələduzluq yolu ilə at əti paylanması və böyük məbləğdə vəsaitin mənimsənilməsi ittihamı ilə 2 nəfəri saxlayıb.

"Marneuli" radiosunun dövlət satınalmaları sistemində aşkar etdiyi tender sənədlərinə əsasən, "Marneuli Bələdiyyəsi
Ərazisindəki Uşaq Bağçaları Birliyi" ilə "B.G.M.1" MMC arasında bağlanan müqavilə çərçivəsində bələdiyyə ümumilikdə 6 733 kiloqram mal əti almalı idi.

  • Vahid qiymət: 1 kq mal əti — 29.00 lari
  • Ümumi satınalma həcmi: 6 733 kq
  • Ümumi dəyəri: 195 257.00 lari
Eyni müqavilə ilə "B.G.M.1" Marneuli uşaq bağçalarını toyuq əti ilə də təmin edirdi ki, buna da Marneuli büdcəsindən ümumilikdə 218 357 lari xərclənib. Şirkət bağçalara ət verilişinə bu ilin yanvar ayından başlayıb və proses iyulun 31-dək davam edib.

İstintaq nəticəsində müəyyən edilib ki, "B.G.M.1" və "Gürcü Ət Məhsulları Ferması" şirkətləri Marneuli və Kareli bələdiyyələrinin uşaq bağçaları birlikləri tərəfindən elan olunmuş tenderlərin qalibi olublar. Müqaviləyə əsasən, onlar bağçaları mal əti ilə təmin etməli idilər. Lakin adıçəkilən kommersiya təşkilatlarının direktorları 2026-cı ilin may ayında uşaq bağçalarına mal əti əvəzinə aldadaraq at əti tədarük edib və nəticədə dövlət büdcəsinə məxsus külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəyiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi və 197-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Bu maddələr 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Foto: “Marneuli” radiosunun arxivi


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.






 

Print Email
FaceBook Twitter Google