“Mamed Qaz” şirkətinin rəhbəri Nəriman Allahverdiyev axtarışda olan şəxs statusu ilə saxlanılıb
Marneulidə “Mamed Qaz” şirkətinin rəhbəri Nəriman Allahverdiyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, Allahverdiyev axtarışda olan şəxs statusu ilə saxlanılıb. Buna səbəb maliyyə mübahisəsi ilə bağlı məhkəməyə gəlməməsi olub.

Təxminən bir ay əvvəl “Mamed Qaz” MMC ilə Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyası arasında yaranmış maliyyə mübahisəsi səbəbindən əhaliyə təbii qazın verilişi məhdudlaşdırılıb.

Mübahisənin əsas səbəbi qaz tarifi olub. “Mamed Qaz” istehlakçılardan SEMEK tərəfindən müəyyən edilmiş 47 tetri tarifdən daha çox – 57 tetri tələb edib. Buna görə də tərəflər razılığa gələ bilməyiblər.

İyulun 30-da “SOCAR Georgia Gas” şirkəti Qızılhacılıda “Mamed Qaz”ın təbii
qazın paylanması üzrə lisenziyasının ləğv edildiyini açıqlayıb. 

““Mamed Qaz” MMC qanunsuz fəaliyyətini davam etdirir və Qızılhacılı kəndində müxtəlif istehlakçıların qaz təchizatını dayandırır.
Əhaliyə izah edirik ki, qaz təchizatı və bununla bağlı xidmətlərin göstərilməsi, o cümlədən qazın dayandırılması və bərpası yalnız lisenziya sahibinin, artıq 2026-cı il avqustun 1-dən etibarən isə “SOCAR Georgia Gas” şirkətinin səlahiyyətindədir. “Mamed Qaz” MMC daimi olaraq təxribatlar törətməkdə, əhalini qorxutmaqda və çaşdırmaqda davam edir, həmçinin lisenziya sahibinin öz səlahiyyətlərini həyata keçirməsinə mane olur. Qaz infrastrukturu üzərində özbaşına fiziki müdaxilələrin həyata keçirilməsi qanunvericiliyin pozulmasıdır və qaz təchizatının təhlükəsizliyi üçün risk yaradır”, – “SOCAR” şirkəti sosial şəbəkədə yayımladığı paylaşımda bildirib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google