Marneulidə bələdiyyə nəqliyyatında gediş haqqı dəyişməz olaraq qalır

Marneulidə bələdiyyə nəqliyyatında gediş haqqı dəyişməz olaraq qalır.


Marneuli bələdiyyəsinin "Avtopark" şirkətinin rəhbəri Qiqa Calağonianın bildirdiyinə görə, hazırkı mərhələdə bələdiyyə avtobusları və mikroavtobuslarında tariflərin qaldırılması planlaşdırılmır.

  • Şəhərdaxili hərəkət: Bələdiyyə avtobusları ilə gediş haqqı yenə 30 tetri təşkil edir.
  • Marneuli – Tsereteli – Saimerlo: Bələdiyyə nəqliyyatında gediş haqqı əvvəlki kimi 40 tetri olaraq qalır.
Qeyd edək ki, Marneulidə fəaliyyət göstərən
özəl "Ekspres Turist" şirkəti yanacağın bahalaşmasını əsas gətirərək tarifləri artıq qaldırıb. Misal üçün, həmin şirkət tərəfindən xidmət göstərən 1 və 2 saylı marşrutlarda qiymətlər aşağıdakı kimi dəyişib:

  • Marneuli – Tsereteli – Saimerlo: 70 tetridən 90 tetriyə qaldırılıb.
  • Marneuli – Candar: 70 tetri əvəzinə 80 tetri olub.
Marneulidə 1 və 2 saylı ictimai nəqliyyatın gediş haqqı 2022-ci ilin mart ayında da artırılmışdı. Həmin vaxt gediş haqqı 50 tetridən 70 tetriyə qaldırılmışdı.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google