Yağlıca küçəsində yerləşən uşaq bağçasının təmiri üçün elan edilən tender yenə də baş tutmayıb

Marneulinin Yağlıca qəsəbəsində yerləşən uşaq bağçası binasının bərpa işlərinin satın alınması ilə bağlı elan edilən tender ikinci cəhddə də baş tutmayıb.


Özünüidarəetmə tərəfindən may ayında elan edilən ilk tenderdə heç kim iştirak etmədiyindən o, baş tutmamış elan olunmuşdu. Meriyanın iyul ayında yenidən elan etdiyi eyni tenderə də heç kim qatılmayıb.

Marneuli meriyası illər əvvəl inşa
edilən, lakin bu günə qədər açılmayan uşaq bağçasının bərpası üçün əlavə 172 738 lari xərcləməyi planlaşdırır. Halbuki bu obyektin bərpasına artıq 277 298 lari ödənilib.

Xatırladaq ki, Yağlıca qəsəbəsində uşaq bağçası 2022-ci ildə inşa edilib. Məktəbəqədər təhsil müəssisəsinin tikintisi Gürcüstanın İşğal olunmuş Ərazilərdən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin "Məcburi köçkünlər və ev sahibi icmalar üçün yaşayış yeri ilə təmin edilmə və sosial infrastrukturda iqtisadi iştirak" layihəsi çərçivəsində həyata keçirilib. Layihə Almaniya İnkişaf Bankının (KFW) maliyyə dəstəyi ilə Danimarka Qaçqınlar Şurası tərəfindən icra olunub.

Uşaq bağçasının tikilməsinə baxmayaraq, Yağlıca qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi açılmayıb və bina bu vaxta qədər bağlı qalır. Marneuli bələdiyyəsinin yerli özünüidarəetmə orqanı 2022-ci ildə Danimarka və Almaniyanın dəstəyi ilə inşa edilmiş, uzun illər ərzində funksiyasız qalan uşaq bağçasının bərpasına 2024-cü ildə başlayıb. 2024-cü ilin sentyabr ayında özünüidarəetmə qurumu həmin bağçanın həyətinin abadlaşdırılması üçün 124 799 lari ödəyib, 2025-ci ilin aprelində isə meriya uşaq bağçasının bərpa işləri üçün "Besthaus 2024" MMC ilə 152 499 lari dəyərində müqavilə bağlayıb.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google