İmir kənd sakinləri ağır tonnajlı avtomobillərin kənddən keçməsinə etiraz edirlər
14:08 / 02.10.2026
İmir kənd sakinləri kənddən keçən asfalt yolun böyük çəkili yük
maşınları tərəfindən xarab edilməsinə etiraz edirlər.
İllərdir təmirsiz qalan və bu yaxınlarda bərpa olunan yol ağır
tonnajlı avtomobillərin hərəkəti nəticəsində sıradan çıxır.
Sakinlərin sözlərinə görə, alternativ yolun olmasına baxmayaraq,
bəzi sürücülər kənd içindəki yoldan istifadə edirlər.
Kənd sakini Elşən Məmmədov bildirir ki, məsələ ilə bağlı aidiyyəti
qurumlara və yerli icra hakimiyyətinə dəfələrlə müraciət edilsə də,
problem hələ də öz həllini tapmayıb.
"Öz yolları düz olmadığına görə buradan gəlib-gedirlər.
Bura tək bizim yol deyil, ümumi kəndin yoludur. Biz istəmirik ki,
bu yol da xarab olsun. Neçə illərdir bu yol düzəlmirdi, nəhayət
düzəldi. İndi də böyük maşınlar gəlib-getməyini istəmirik.
İstəyirik ki, qoy bir neçə il heç olmasa yolumuz düz olsun, yaxşı
olsun, palçıqlı olmasın. Uşaqlar məktəbə gedir-gəlir, ümumiyyətlə
bütün kənd keçir buradan. Ona görə də istəmirik ki, bizim buradan
böyük maşınlar getsin-gəlsin, buranı xarab eləsin, qırsın. Habelə
yük dolu 40 tonluq maşın getdikcə daşıdıqları bu daş tökülür,
qravil tökülür. Bu yol da 10 sm qalınlığındadır çox qalın deyil ki,
ağırlığa tab gətirə. Oradan öz yolları var, gəlsinlər, keçsinlər.
Kimin nə işi var? Amma buradan keçməklərini istəmirik. Müraciət
olunub, meriyaya deyilib, bildirilib, kənd icra nümayəndəsi də
bilir, deputat da bilir... Bu asfalt töküləndən gəlib-gedirlər.
Kimi başa düşür, digər qara yol
ilə gedir”, - Elşən
Məmmədov dedi.
Digər kənd sakini Oruc Hüseynov ağır yüklü maşınların təkcə yola
deyil, evlərə də zərər verdiyini bildirir. O, yük maşınlarının
kəndə girişinin qarşısını almaq üçün şlaqbaum qoyulmasını
istəyir.
"Böyük maşınlar gedir. Getdikcə bu yol yararsız
vəziyyətə düşür. Tələb eləyirik ki, buradan böyük maşınlar
getməsinlər. Maşının öz çəkisi 20 tondursa, bir 20-30 ton da yükü
olur. O tək yola zərər vermir, eyni zamanda evlərə də zərər verir.
Evlərdə çatlar əmələ gəlir. Dedik şlaqbaum qoyulsun, icazə
verilmədi. Daha sonra dedik heç olmasa ən azından nişan
qoyulmalıdır ki, böyük çəkili maşınlar buradan keçməsinlər. O da
hələ bir cavab yoxdur, görək. Çox yerə bildirilib, bilirlər
mövzunu”, - Oruc Hüseynov bildirdi.
İmir kəndində iki qum-çınqıl karxanası fəaliyyət göstərir.
Sakinlərin sözlərinə görə, karxanalardan biri 40 ildir işləyir və
artıq istismar müddəti bitdiyindən bağlanmalıdır.
Kənd sakini Tofiq Namazov digər sürücülərin karxana üçün nəzərdə
tutulmuş öz yolları ilə hərəkət etdiyini, lakin bir sürücünün
xalqın etirazına baxmayaraq kənd yolundan istifadə etməyə davam
etdiyini deyir.
“Yolumuza asfalt tökülüb. Yüklü maşınlar gedib
asfaltımızı xarab eləyir. Biz tələb edirik ki, karxananın yolu
buradan bağlansın, böyük maşınlar buradan işləməsin. Karxananın
özünün başqa yolu var. Bir nəfər var ki, o bizlə prinsipə düşüb,
höcətləşib ki, “mən buradan gedəcəyəm”. Şikayət elədik, icradan
nümayəndələri gəldilər. Onlar da o adama dəstək oldular, bizə bir
məlumat vermədilər. Bizim ixtiyarımız yoxdur dedilər, vəssalam.
Nəyə görə başqa maşınların hamısı oradan işləyir, bir maşın buradan
işləməlidir? Karxananın öz yolu var, öz yolu ilə getsin. Bizim
tələbimiz yalnız budur ki, bir dənə şlaqbaum qoyulsun, böyük
maşınlar buradan işləməsin. Yol ilə uşaq, böyük gedir, mal-qara
keçir. Qorxuludur. Sürətlə işləyirlər buradan. Böyük maşınlar minik
maşın kimi sürürlər. Tramplin qoymuşuq, tramplindən keçəndə ev
silkələnir. Adam səs-küydən səksənir. Belə olmaz axı. Dövlət
adamları da heç baxmadı, bizim şikayətimizə məhəl qoymadılar.
Çıxdılar getdilər, vəssalam. Bütün hamısı da bizim ərazimizdə
tikilir. Heyvan üçün otlaq yerimiz yoxdur. Bütün qazıblar,
torpaqları satırlar, kəndçiyə də şərait yaratmırlar ki, mal-qara
saxlasın", - Tofiq Namazov.
Məsələ ilə bağlı “Marneuli” radiosu İmir kənd icra nümayəndəsi
Mahir Məmmədovla əlaqə saxladı. Onun sözlərinə görə, Marneuli
meriyasının əməkdaşları dünən, 1 oktyabr tarixində kənddə olublar.
İcra nümayəndəsi bildirdi ki, həmin sürücü ilə danışıqlar aparılıb
və bundan sonra o, karxanaya gedən alternativ yoldan istifadə
edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415 Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.