Marneuli
Kəndlərdə zibilliyə çevrilmiş arx suyu ilə yetişdirilən məhsullar Gürcüstan bazarına çıxarılmaya bilər
Aşağı Saral kəndi Marneulidən 25 km uzaqda yerləşir. Əhalini illərdir ki, zibil və su problemi narahat edir. Sakinlərdən biri həyətində öz əli ilə düzəltdiyi hamamı var. Dörd ağac dirəyi ətrafdan yaşıl brezend çadır örtük, karton kağızdan qapı düzəldiblər, içəridə isə bir kiçik odun sobası durur, indi isə Arşad Hüseynovun anası çimir övladı isə arxdan gətirilmiş palıdı rəngli suyu bayırdan ona verir.

Arx onların evinin yanından axır. Suda isə plastik butulka , qida məshullarının qalıqları və məişət tullantıları var. Əhalinin əksəriyyəti eləcə də Hüseynovlar ailəsi məcburdur ki, arx suyundan məişət işlərində də istifadə etsinlər. Artıq aylardır ki, su boruları çəkilib ancaq su vəd verilsə də gəlmir.

Su gətirmək üçün yeganə vasitə isə kəndin bulağıdır. O, isə 5-6 km uzaqda yerləşir, ancaq əhalinin çoxusu da bulaqdan aralı yaşayırlar və nə şəxsi nəqliyyatları nə də ki, hər gün oraya getmək imkanları yoxdur.

Əhali özlərinin məlumatlandırılma səviyyələrinin artırılmasından da danışır. Ancaq deyirlər ki, kənddə zibil qutuları heç vaxt olmayıb. Çıxış yolunu isə tullantıları arxa atmaqla və ya küçəyə tökməkdə tapırlar. Bəziləri öz həyətində yandırır da. Beləcə kənddə qeyri-leqal zibilliklər yaranır və yaşıl tarlaları örtür orada isə çox hallarda kəndin mal-qarası otlayır.

Yuxarı Saral kəndində yeni su sistemi layihəsi həyata keçirilir. Zibillənmiş kəndlərdə problemin həlli üçün “Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladze nə zaman gələcəyini özünün də bilmədiyi 200 zibil qutuları ilə planlaşdırır. Bu il büdcədən MMC-lər üçün bir milyon yüz min lari dəyərində məbləğ ayrılıb.
Kirəç-muğanlı, Saral, Mollaoğlu, Qırıxlı, Qullar, Kürtlər – bu Marneulinin Kosalı kəndinə oxşar olaraq zibil probleminin narahat etdiyi kəndlərinin siyahısıdır. Əhali antisanitariyadan, xoşagəlməz qoxu və sağlamlığa təhlükəli olan tullantılardan şikayətlənir.
“Gürcüstanın yaşıllar hərəkatı yer kürəsinin dostu” “Gürcüstanı təmizləyək” layihəsinin meneceri Nino Çxobadze deyir ki, qeyri-leqal zibilliklər əhali üçün təhlükə daşıyır, hələ ki, Marneulidə əhalinin çoxunun təsərrüfat sahəsi var. Əkilən məhsul isə sağlamlıq üçün təhlükə daşıyıcısıdır.

“Avropa İttifaqı ilə Assosiasiya sazişi əsasında monitorinq aparılarsa həmin məhsul nəinki Avropa heç Gürcüstan bazarına da çıxaılmayacaq. Məhsulun zəhərlənməsindən əlavə əhalinin sağlamlığına da zərər dəyir” - deyə bildirdi Nino Çxobadze.

Çxobidzenin sözlərinə görə qanunsuz zibilliklərin təmizlənməsi bələdiyyələrin öhdəliyidir ki, tullantıların idarəsinin 5 illik planında mütləq bunu nəzərə almalıdırlar.



ICON_SEP Print ICON_SEP
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Kvemo Kartli
Dövlət Müvəkkili Şota Rexviaşvili Marneulili sakinlərin Novruz
bayramını təbrik edib.
14:50 / 21.03.2019
Kvemo Kartli Dövlət Müvəkkili Şota Rexviaşvili Marneulili sakinlərin Novruz bayramını təbrik edib.
Sabirkənddə 30 ədəd bar verən qoz ağacı
kəsilib. Bu haqda bizə zərər çəkən Elnur Məsimov özü
dedi.
21:36 / 20.03.2019
Sabirkənddə 30 ədəd bar verən qoz ağacı kəsilib. Bu haqda bizə zərər çəkən Elnur Məsimov özü dedi.
Bu gün, 20 mart tarixində “Marneuli Mülki
Məşğulluq Mərkəzlər Şəbəkəsinin” Marneuli ofisinin təşkilatçılığı
ilə “Gender bərabərliyi siyasətinin həyata keçirilməsi üçün dövlət
xidmətləri” mövzusunda görüş keçirildi.
16:56 / 20.03.2019

Bu gün, 20 mart tarixində “Marneuli Mülki Məşğulluq Mərkəzlər Şəbəkəsinin” Marneuli ofisinin təşkilatçılığı ilə “Gender bərabərliyi siyasətinin həyata keçirilməsi üçün dövlət xidmətləri” mövzusunda görüş keçirildi.

Marneuli Bələdiyyə Məclisinin üzvü Əhməd
İmamquliyev Gürcüstan prezidentinin Marneuliyə səfərinə münasibət
bildirib.
15:14 / 20.03.2019

Marneuli Bələdiyyə Məclisinin üzvü Əhməd İmamquliyev Gürcüstan prezidentinin Marneuliyə səfərinə münasibət bildirib.

Əhməd İmamquliyev Marneuli merliyinə
namizədliyini irəli sürə bilər.
14:22 / 20.03.2019

Əhməd İmamquliyev Marneuli merliyinə namizədliyini irəli sürə bilər.

Sadaxlıda 30 yaşa qədər olan kişini odlu
silahdan açılan atəş nəticəsində ölmüş vəziyyətdə
tapıblar.
14:16 / 20.03.2019

Sadaxlıda 30 yaşa qədər olan kişini odlu silahdan açılan atəş nəticəsində ölmüş vəziyyətdə tapıblar.

Marneuli
bələdiyyəinin bir neçə kəndində 21 martda Novruz bayramı
tədbirlərində iştirak etmək üçün nəqliyyat pulsuz xidmət
göstərəcək.
13:57 / 20.03.2019
Marneuli bələdiyyəinin bir neçə kəndində 21 martda Novruz bayramı tədbirlərində iştirak etmək üçün nəqliyyat pulsuz xidmət göstərəcək.