Marneulidə “Yaradıcı Gənclər Akademiyası”nın açılışı baş tutub (FOTO)
Bu gün, 19 fevral tarixində Marneulidə “TİKA” təşkilatının maliyyə dəstəyi ilə “Yaradıcı Gənclər Akademiyası”nın açılışı baş tutub. Açılış mərasimində Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev, Kvemo Kartli qubernator müavini Zaur Darğalı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, mer müavini Laşa Lobjenize, Türkiyə respublikasının Gürcüstandakı səfiri Fatma Seren, “Tika” və Yunus Emre İnstitutunun nümayəndə heyətləri və digər maraqlanan şəxslər iştirak edirdilər.

Təşkilatın məqsədi bölgədə gənclərin inkişafına, təhsilinə və mədəniyyətin qorunub saxlanmasın dəstək olmaqdır. Bu günə kimi Yaradıcı Gənclər Akademiyası təhsilə və mədəniyyətə yönəlmiş bir sıra tədbirlər həyata keçirib. Təşkilatın gələcək planlarında bölgədə bu sahədə tədbirlərin daha sıx keçirilməsi və gənclərlə fəal işləmək daxildir.

Qeyd edək ki, Yaradıcı Gənclər Akademiyası 2017-ci ildən fəaliyyət göstərir.

"Marneuli" Radiosu
Print