Bir neçə kəndə Novruz bayramı tədbirlərində iştirak etmək üçün nəqliyyat ayırıblar
Marneuli bələdiyyəinin bir neçə kəndində 21 martda Novruz bayramı tədbirlərində iştirak etmək üçün nəqliyyat pulsuz xidmət göstərəcək. Bu haqda məlumatı bizə meriyanın balansında olan “Avtopark” MMC-nin direktoru Qiqa Calağonia verdi.

Onun qeyd etdiyinə görə, həmin kəndlərin siyahısına Şulaveri, Qaçağan, Şaumian, Serakvi, Algeti, Sadaxlı və Tamarisi, Qızılhacılı daxildir.

“İndi bayıra çıxmışam və ola bilsin bir neçə kənd yadımdan çıxıb, amma təxmini olaraq bunlardır” – Qiqa Calağonia deyir.

Calağoniyanın sözlərinə görə əhaliyə nəqliyya ikitərəfli xidmət göstərəcək. Nəqliyat kəndlərin mərkəzində dayanacaq və saat qrafiki kəndlərin uzaqlığından dolayı fərdi olaraq müəyyən ediləcək. Kəndlərdən çıxmaq vaxtı güman ki, saat 09:00-dur.

Sabah Rustaveli küçəsində Novruz bayramına həsr edilmiş tədbirlər saat 11:00-dan başlayacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər