"Gender bərabərliyi siyasətinin həyata keçirilməsi üçün dövlət xidmətləri" - Marneulidə görüş keçirilib

Bu gün, 20 mart tarixində “Marneuli Mülki Məşğulluq Mərkəzlər Şəbəkəsinin” Marneuli ofisinin təşkilatçılığı ilə “Gender bərabərliyi siyasətinin həyata keçirilməsi üçün dövlət xidmətləri” mövzusunda görüş keçirildi.


Görüşdə gender bərabərliyinə dəstək və insan hüquqlarının müdafiəsi baxımından Marneulidə fəaliyyət göstərən müəssisələrin fəaliyyətindən söhbət açıblar. Bizimlə söhbəti zamanı Mülki Məşğulluq Mərkəzinin Marneuli ofisinin nümayəndəsi Mariam Samxaradze görüşün əhəmiyyətindən danışdı.

“Mart qadınların tarixi ayıdır. Məhz bu ayın çərçivədində Mülki Məşğulluq Mərkəzi Şəbəkəsi rəngarəng tədbirlər həyata keçirir. Düşünürəm ki, belə tədbirlər əhalinin bu müəssisəyə müraciət etməsi və onların xidmətindən istifadə etməsi üçündür” – Mariam Samxaradze deyir.

Görüşdə Xalq Müdafiəçisinin Kvemo Kartlidə gender üzrə regional nümayəndəsi, zorakılıq qurbanlarının böhran mərkəzinin, hüquqi yardım xidmətinin Marneuli məsləhət mərkəzinin və bələdiyyə məclisinin gender bərabərliyi şurasının nümayəndələri iştirak edirdilər. Xalq Müdafiəçisinin Kveo Kartlidə gender üzrə regional nümayəndəsi Mariam Qvidiani görüşün əhəmiyyətini qiymətləndirdi.

“Düşünürəm ki, çox vacib görüş baş tutdu və görüşdə müxtəlif müəssisələrin nümayəndələrinə imkan yaradıldı ki, fəliyyətimiz haqqında danışaq. Qadına qarşı zorakılıq və ailədə zorakılıq məsələləri, gender bərabərliyi kimi məsələləri qeyd edək və iştirakçılara dövlətdə olan xidmətlər haqqında məlumat verək ki, hansı müəssisəyə müraciət etməlidirlər və müxtəlif xidmətlər əldə etmək üçün hansı sersvislər var” – Mariam Qvidiani deyir.

Müzakirədə eləcə də QHT nümayəndələri, kənddə yaşayan qadınlar, gənclər və başqa maraqlanan şəxslər iştirak edirdilər.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər