Regionda həyata keçirilən layihələr fondundan
Marneuli bələdiyyəsində üç yeni təcili tibbi yardım mərkəzi
tikiləcək.
Qeyd olunan qərarı Marneulinin bələdiyyə məclisi 21 mayda baş tutan
iclasda qəbul edib.
Təcili tibbi yardım mərkəzləri Marneulinin üç kəndində, Kürtlər,
Sadaxlı və Şaumiyanda tikiləcək. Bələdiyyə məclisinin iclasında
Marneulinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatatze bildirdi.
Onun sözlərinə görə, hər bir layihənin dəyəri 151 348 laridən
ibarətdir.
Məbləği regionda həyata keçirilən layihələr fondu tam
maliyyələşdirəcək.