“Gürcüstan azərbaycanlılarının 19% hesab edir ki, seçkilərdə iqtidar partiyasını dəstəkləməlidir”- siyasi həyatda iştirak etməklə bağlı tədqiqat
“Açıq Cəmiyyət Fondu” etnik azlıq
nümayəndələrinin siyasi həyata qoşulması ilə bağlı araşdırma
yayımlayıb.
Sorğu 2018-ci ilin 9-20 oktyabrında keçirilib və onun çərçivəsində
müsahiblərə yaxşı vətəndaşın seçkilərlə bağlı hərəkətinin necə
olması haqqında qaydalar da oxunub.
Belə qaydalardan birinə əsasən azlıq nümayəndələri seçkilərdə
həmişə iqtidar partiyasını dəstəkləməlidirlər.
“Xüsusən sonuncu qayda çox maraqlıdır, çünki etnik
azlıqlar istiqamətində steretip var ki, onlar həmişə hökuməti
dəstəkləyirlər. Bu isə iqtidar partiyasının resurslarının
xərclənməsindən çəkindirir və seçkilərdə yaxşı qələbə imkanı
verir” - araşdırmada yazılıb.
Qeyd olunan qayda ilə sorğulanan etnik azərbaycanlıların 20,8%
razılaşmır, 46,1% bir o qədər razılaşmır, 19% isə hesab edir ki,
etnik azlıq nümayəndələri iqtidar partiyasını dəstəkləməlidirlər,
14,1% bilmir və ya cavabdan imtina edib.
Etnik azlıqların siyasi həyata qoşulmasını müəyyən etmək üçün
araşdırmaçılar qərar verib ki, müsahiblərin seçki kampaniyalarına
və proseslərə nə dərəcədə qoşulduğunu aydınlaşdırsınlar.
“Sorğu göstərir ki, müsahiblərin 91,2% heç vaxt seçki
kampaniyasının planlaşdırılmasında iştirak etmıyib. İştirak
edənlərin sayı isə 5,9%-dir. Eqzitpolların həyata keçirilməsində
3,7% iştirak edib, 91.8% iştirak etməyib. Seçki komissiyasına
üzvlük/sədrlik. Ona qoşulan müsahiblərin sayı 7.6%-dir,
qoşulmayanlar isə 89.5%-dir. Siyasi partiyanın təbliğatına
müqayisədə çox müsahib 8,6% qoşulub, 87.7% isə
qoşulmayıb” - araşdırmada yazılıb.
Araşdırma eləcə də göstərib ki, etnik azlıq nümayəndələri partiya
və namizədlər haqqında məlumatı əsasən televiziya, qonşular,
dostlar, əməkdaşlardan və ya ailə üzvlərindən alır.