Yeganə gözdən qüsurlu seçici Brayl şriftli bülletendən imtina edib

55 yaşlı Surik Çiçiani Marneuli rayonunun Sereteli kəndində yaşayır. O, yeganə gözdən qüsurlu şəxsdir ki, Marneulinin 26 saylı seçki məntəqəsinə qeydiyyatdadır.


2018-ci ilin prezident seçkilərində məntəqəyə səs verməyə gedən Surikə komissiya üzvləri Brayl şrifti ilə nəşr olunmuş bülleten veriblər, amma Surik adi bülleten tələb edib.

“Seçkiyə məktəbə getdim, komissiya üzvləri məni tanıdılar və dedilər ki, Brayl şrifti verək. Büllüteni götürdüm və sonra düşündüm ki, bunu indi dairəyə alsam və qutuya atsam hamı başa düşəcək ki, kimsə səs verdim” - Surik Çiçiani bildirir.

Surik 2018-ci ildə seçimini başqasının köməyi ilə amma yenə də qeyd edib. Bu il isə Marneulinin növbədənkənar mer seçkilərində müəyyən səbəblərdən iştirak edə bilməyib.

Surik düşünür ki, bir və y aiki görmə qüsurlu seçicinin qeydiyyat olduğu məntəqələrdə Brayl şrifti ilə səs vermək yaxşı deyil.

“Minimum 5 görmə qüsurlu qeydiyyatda olsa yenə Brayl şrifti vermək olar, çünki kimin kimə səs verdiyini müəyyən etmək lazımdır, ancaq iki üç nəfərə olanda yaxşı deyil” - Surik bildirir.

55 yaşlı Surik üçün seçkilərdə gizli səs vermə prinsipi vacibdir və məhz ona görə də gələcəkdə də adi bülletenlə səs verməyi planlaşdırır.

 

Print Email
FaceBook Twitter Google