“Aclığa Qarşı Hərəkat” iş proqramının 2-ci mərhələsini davam etdirir
“Aclığa Qarşı Hərəkat” təşkilatı həyata keçirdiyi iş proqramının 2-ci mərhələsini davam etdirir

İş proqramı 18 yaşından başlayaraq hər kəs üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi insanların sosial və iqtisadi baxımdan fəallığını ortaya çıxarmaq, işə düzəlmək üçün lazım olan bacarıqları inkişaf etdirmək və işləmək istəyənlərə vasitəçi olmaqdır. Təşkilatın təqdim etdiyi iş proqramı öz fəaliyyətini 5 ay ərzində davam etdirəcək. Bu vaxt ərzində iştirakçıların təcrübəli işcilərlə görüşləri təşkil olunur, motivasiya məktubları, CV yazma qaydaları öyrədilir. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunur.

Proqramın iştirakçısı Məhəmməd Aslanovun sözlərinə görə, 5 ay ərzində proqram ona insanlarla əlaqə qurmağa, fəal olmağa, dövlət dili səviyyəsini artırmağa kömək edib.

Onu da qeyd edək ki, proqramda iştirak etmək pulsuzdur və maraqlanan şəxslər qeydiyyatdan keçərək proqrama qoşula bilərlər. Qeydiyyat vaxtı 26 may həftənin bazar günü saat 00:00-a kimi davam edəcək.

İş proqramı Tbilisi, Zuqdidi, Poti və Marneulidə nəzərdə tutulub. Tbilisi istisna olmaqla, bu regionlarda sakinlərin sosial və iqtisadi fəallığı az müşahidə olunur.  

Qeydiyyat forması - linke daxil olun.

Print Email
FaceBook Twitter Google