Marneulidə keçən illə müqayisədə məktəbi 200 nəfər az şagird bitirib

2018-2019-cu tədris ilində Marneuli bələdiyyəsi miqyasında məktəbi 875 şagird bitirib.


12-ci siniflər bu il buraxılış imtahanları vermədilər. Çünki Gürcüstan Parlamenti 2019-cu ilin 8 aprelində üçüncü oxunuşda “ümumtəhsil haqqında” qanuna daxil olunacaq dəyişiklikləri dəstəklədi və təsdiq etdi. Dəyişikliklər məktəbin yekun siniflərində attestat imtahanlarının ləğv olunmasını nəzərdə tuturdu.

2017-2018-ci tədris ilində isə məzunlar attestat imtahanını tam bir il əvvəl, 2018-ci ilin 24 mayında bitiriblər. Keçən il məktəbi 1 075 şagird bitirib, bu ilki məzunlarla müqayisədə 200 şagird artıqdır.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər