Marneulidə ilan vurması ilə bağlı bir fakt qeydə alınıb. Bu haqda məlumatı Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze verib.
O, bildirdi ki, hadisə may ayında olub. İlan Aşağı Saral kənd sakini olan kişini vurub və ona vaksin vurublar. Zərərçəkən tibbi müəssisədə 24 saat qalıb.