Məcburi və erkən evlilik problemi və mübarizə yollarının axtarışı
Müzakirə çərçivəsində Gürcüstanın Daxili İşlər Nazirliyinin, Sosial Xidmət Agentliyinin, həmçinin, Gürcüstanın Xalq Müdafiəçisi Aparatının nümayəndələri və yerli fəallar qısa çıxış edəcəklər. Yerli icma ilə görüş dövlət müəssisəsi nümyəndələrinə onların baxışlarını, ehtiyac və narahatçılıqlarını bölüşmək üçün əlavə imkan verəcək.

Artıq bir neçə ildir ki, insan hüquqları üzərində çalışan institutlar və təşkilatlar qızlara qarşı zorakılıq, məcburi və erkən evlilik təcrübəsini qeyd edirlər. Son dövrdə Laqodexi və Saqarecoda baş verən zorakılığın ağır halları bu problemi yenə də ictimai marağa və müzakirəyə çevirdi. Xalq Müdafiəçisi və insan hüquqları üzərində çalışan təşkilatların bəyanatına görə etnik azlıqların məskunlaşdığı regionlarda bu kimi təcrübələrə qarşı reaksiya yenə də zəifdir və effektsiz olaraq qalmaqdadır.

Məcburi və erkən evlilikdə mövcud olan təcrübələr dövlətin hüquq mühafizəsi baxımından çalışmasından başqa, transformativ sosial siyasətin aparılmasına da ehtiyac duyur. Etnik azlıqların məskunlaşdığı regionların sosial və iqtisadi baxımdan geridə qalması, təhsilin əlçatanlığı ilə bağlı problem və bunun fonunda işlə təmin olunma və aşağı inkişaf imkanlarını erkən evliliyin struktur səbəbi olaraq müzakirə edə bilərik. Müvafiq olaraq, icmanın və adətlərin “günahlandırılması” ritorikası sosial siyasi dəyişikliklərin vacib olma ritorikası ilə əvəz olunmalıdır.

Müzakirə çərçivəsində siyasətin, sosial xidmət orqanlarının, insan hüquqları üzrə çalışan orqanların, insan hüquqları üzrə çalışan aktorların gün qrafikini, siyasət və fəaliyyət strategiyalarını müzakirə edəcəyik və tənqidi sualları cavablandıracağıq.

Müzakirə 18 iyunda saat 14:00-da Marneuli şəhərində, Mülki Məşğulluq Mərkəzində (ünvan: Qiorqadze k.N1) baş tutacaq.

Görüş Açıq Cəmiyyət Fondu tərəfindən dəstəklənən Kvemo Kartli və Pankisidə yerli fəalların tənqidi siyasi biliyinə və iştirakına dıstık olmaq” layihəsi çərçivəsində keçirilir.

Print Email
FaceBook Twitter Google