Məcburi və erkən evlilik problemi və mübarizə yollarının axtarışı
Müzakirə çərçivəsində Gürcüstanın Daxili İşlər
Nazirliyinin, Sosial Xidmət Agentliyinin, həmçinin, Gürcüstanın
Xalq Müdafiəçisi Aparatının nümayəndələri və yerli fəallar qısa
çıxış edəcəklər. Yerli icma ilə görüş dövlət müəssisəsi
nümyəndələrinə onların baxışlarını, ehtiyac və narahatçılıqlarını
bölüşmək üçün əlavə imkan verəcək.
Artıq bir neçə ildir ki, insan hüquqları üzərində çalışan
institutlar və təşkilatlar qızlara qarşı zorakılıq, məcburi və
erkən evlilik təcrübəsini qeyd edirlər. Son dövrdə Laqodexi və
Saqarecoda baş verən zorakılığın ağır halları bu problemi yenə də
ictimai marağa və müzakirəyə çevirdi. Xalq Müdafiəçisi və insan
hüquqları üzərində çalışan təşkilatların bəyanatına görə etnik
azlıqların məskunlaşdığı regionlarda bu kimi təcrübələrə qarşı
reaksiya yenə də zəifdir və effektsiz olaraq qalmaqdadır.
Məcburi və erkən evlilikdə mövcud olan təcrübələr dövlətin hüquq
mühafizəsi baxımından çalışmasından başqa, transformativ sosial
siyasətin aparılmasına da ehtiyac duyur. Etnik azlıqların
məskunlaşdığı regionların sosial və iqtisadi baxımdan geridə
qalması, təhsilin əlçatanlığı ilə bağlı problem və bunun fonunda
işlə təmin olunma və aşağı inkişaf imkanlarını erkən evliliyin
struktur səbəbi olaraq müzakirə edə bilərik. Müvafiq olaraq,
icmanın və adətlərin “günahlandırılması” ritorikası sosial siyasi
dəyişikliklərin vacib olma ritorikası ilə əvəz olunmalıdır.
Müzakirə çərçivəsində siyasətin, sosial xidmət orqanlarının, insan
hüquqları üzrə çalışan orqanların, insan hüquqları üzrə çalışan
aktorların gün qrafikini, siyasət və fəaliyyət strategiyalarını
müzakirə edəcəyik və tənqidi sualları cavablandıracağıq.
Müzakirə 18 iyunda saat 14:00-da Marneuli şəhərində, Mülki
Məşğulluq Mərkəzində (ünvan: Qiorqadze k.N1) baş tutacaq.
Görüş Açıq Cəmiyyət Fondu tərəfindən dəstəklənən Kvemo Kartli və
Pankisidə yerli fəalların tənqidi siyasi biliyinə və iştirakına
dıstık olmaq” layihəsi çərçivəsində
keçirilir.