12 ilik attestatlar nə zaman veriləcək - AÇIQLAMA
12-ci sinifi bitirən şagirdlər 24 iyun tarixindən
etibarən Ədliyyə evinə müraciət edərək attestatlarını götürə
biləcəklər.
Daha əvvəl Marneuli radiosu ilə söhbəti zamanı Marneuli Təhsil
Resurs Mərkəzinin direktoru Kənan Ömərov qeyd etmişdi ki, məktəbi
bitirən 12-ci siniflər 15 iyun tarixindən sonra Ədliyyə evinə
müraciət edərək attestatlarını götürə bilərlər.
Onu da qeyd edək ki, abituriyentlər hər hansı bir əlavə sənəd
təqdim etməyəcəklər, onlar sadəcə olaraq şəxsiyyət vəsiqələrini
təqdim edəcək və ərizə formasını dolduraraq attestatlarını
alacaqlar.
Xatırladaq ki, Təhsil Nazirliyinin qərarına əsasən bu il orta
məktəblərdə attestat imtahanları ləğv olunub.