Merin Facebook səhifəsində məlumat iki dildə yerləşdirilir, meriyanın səhifəsində isə yerləşdirilmir
Azərbaycan dilli əhali meriyada baş verən
hadisələr haqqında məlumatı başa düşdükləri dildə artıq 259 gündür
ki, almırlar.
2018-ci ilin 2 oktyabrında bələdiyyənin rəsmi
Facebook səhifəsində və veb səhifəsində azərbaycan dilli məlumatın
yayımlanması dayandırılıb. Çünki İctimaiyyətlə Əlaqələr xidmətinin
əməkdaşı vəzifəsini tərk edib. O, yenilikləri azərbaycan dilinə
tərcümə edirdi.
Baxmayaraq ki, meriyanın rəsmi veb səhifəsində azərbaycan dillində
məlumata rast gəlmirik, Marneuli merinin “Zaur Darğallı -
Marneulinin meri” rəsmi facebook səhifəsində bələdiyyədə gedən
yeniliklər iki dildə yerləşdirilir.
Marneuli merinin öz səhifəsinə paylaşdığı paylaşımları məzmunca
meriyanın səhifəsində yerləşdirilən xəbərlərə uyğundur. Amma onlar
arasında yalnız bir fərq var. Merin Facebook səhifəsində yeniliklər
gürcü və azərbaycan dilində tərcümə olunub, meriyanın facebook
səhifəsində isə yalnız gürcü dilində yerləşdirilir.
Bizimlə söhbət zamanı Marneuli meriyasının ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri Mariam Xaçidze deyir ki, Zaur Darğallının rəsmi
facebook səhifəsi onun siyasi səhifəsidir və məlumatın iki dildə
payıaşılması da Darğallının təşəbbüsü idi. Meriyanın rəsmi
səhifələrinə gəldikdə isə Xaçidze deyir ki, yeni seçilmiş merin
rəhbərliyi şərtində hələ bilmir yeniliklər planlaşdırılır ya yox.
Meriyanın səhifəsinin iki dildə fəaliyyət göstərəcəyi hələ ki,
məlum deyil.
Marneuli meri Zaur Darğallı "Marneuli" radiosu ilə söhbətində deyir
ki, bu məsələ üzərində çalışırlar və bir əməkdaşın işə qəbul
olunması planlaşdırılır. O, azərbaycan dilinə məlumatları tərcümə
edəcək. Bizim artıq azərbaycan dilində olan paylaşımların meriyanın
səhifəsində niyə yayımlanmaması sualımıza Darğallı cavab vermədi və
dedi ki, onun yanında vətəndaş var və söhbətini davam etdirə
bilmir.