Azərbaycanlı hüquq müdafizəçisinin saxlanılmasını ailə üzvləri onun fəaliyyəti ilə əlaqələndirirlər

Azərbaycanlı hüquq mühafizəçisi, Avtandil Məmmədovun saxlanılmasını ailə üzvləri onun fəaliyyəti ilə əlaqələndirirlər.



Saxlanılanın həyat yoldaşı Günel Məmmədovanın sözlərinə görə Avtandil 12 il ərzində insan hüquqlarını müdafiə edirmiş və bu istiqamətdə vəkil olaraq da çalışıb.

Ailə üzvlərinin məlumatına görə Avtandil Məmmədovun Azərbaycn hakimiyyəti ilə problemləri onun fəaliyyətindən dolayı yaranıb. Məhz buna görə də Avtandil və onun ailəsi il yarım bundan əvvəl Azərbaycanı tərk edib və Gürcüstana yaşamağa gəlib.

Saxlanılanın həyat yoldaşının bəyanatına görə Məmmədov bir neçə ay ərzində izlənilirmiş və o, Əfqan Muxtarlı kimi onu da oğurlayacaqlarından və qanun pozuntusu ilə Azərbaycana aparacqlarından qorxurmuş.

Məmmədovun hüquqlarını məhkəmədə “Konstitusiyanın 42-ci maddəsi” təşkilatının hüquqşünası Arçil Çopikaşvili müdafiə edəcək. Çopikaşvilinin bəyanatına görə Məmmədov və onun ailəsi Azərbaycanı 2017-ci ildə tərk edib, bu zaman Gürcüstana müvafiq müəssisəyə müraciət edib ki, ona və ailə üzvlərinə humanitar status versinlər. Miqrasiya Departamenti Məmmədovun ailəsinə humanitar status verib. Miqrasiya Departamentinin qərarını isə məhkəməyə şikayət diblər.

Vəkilin sözlərinə görə baxmayaraq ki, Gürcüstanda Avtandilin məhkəmə iclası aparılırdı, o, yenə də onun işini davam etdirirdi – “Məmmədov Azərbaycan hakimiyyəti üçün “xoşagəlməz” işləri yenidən davam etdirirdi və Əfqan Muxtarlının oğurlanmasından 2 il sonra o, etiraz aksiyasının təşkilatçılarından biri idi və görünür Azərbaycan hakimiyyətinin diqqətini çəkib”.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosun verilən məlumata görə Avtandil Məmmədov azərbaycan Respublikası interpolu tərəfindən fırıldaqçılığa görə axtarılırmış.

“Azərbaycanın CM-nin 178.2.2-ci maddəsi dəfələrlə törədilmiş fırıldaqçılığı nəzərdə tutur. Məhz bu maddə ilə Avtandil Məmmədov Qırmızı Körpüdə axtarışda idi” – DİN-nin mətbuat xidmətindən bildirirlər.

DİN-dən açıqlama verirlər ki, Məmmədov hələ Gürcüstandadır və prosedurları keçdikdən sonra ola bilsin Azərbaycana aparılsın.

 

Print Email
FaceBook Twitter Google