Marneuli meri Rustavelidə aksiyanın güc tətbiq olunmaqla dağıdılması ilə bağlı şərh vermir

Marneuli meri Zaur Darğallı ötən gün, 20 iyun tarixində Rustaveli prospektində etiraz aksiyasının güc tətbiq olunmaqla dağıdılması ilə bağlı şərh vermir.


Etiraz aksiyası 20 iyun tarixində başladı. Rusiya Dumasının deputatı Sergey Qavrilov Parlamentlərarası Pravoslavlıq Baş Assambleyasının 26-cı sessiyasında iştirak etmək üçün başqa ölkələrin deputatları ilə birlikdə Tbilisiyə gəlib. Rusiya Dumasının deputatı Parlamentlərarası Pravoslavlıq Baş Assambleyasını Parlament sədrinin kürsüsündə əyləşərək açıb. Zaur Darğallı bizimlə söhbəti zamanı bu faktla bağlı da danışmaq istəmədi.

Hüquq mühafizəçiləri Parlament qarşısına toplaşmış aksiya iştirakçılarına qarşı rezin güllələr, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Səhiyyə nazirliyinin məlumatına görə, aksiyada 240 nəfər yaralanıb. Onlardan iki nəfərin gözünün cərrahiyə yolu ilə götürülməsinə ehtiyac olub. Yaralılar arasında jurnalistlər də var.

Daxili İşlər Nazirliyi 21 iyun tarixində sübh tezdən onlarla insanı həbs edib.

 

 

Print Email
FaceBook Twitter Google