2020-ci il seçkilərində 0%-lik baryer “Gürcü Arzusu”nun yenidən Parlament əksəriyyəti olması təhlükəsi yaratmır – Əhməd İmamquliyev

“Avropalı Gürcüstan” partiyasının siyasi şurasının üzvü və Marneuli rayon təşkilatının rəhbəri Əhməd İmamquliyevin sözlərinə görə,

2020-ci il Parlament seçkilərinin proporsional sistemlə və 0%-lik baryerlə keçirilməsi “Gürcü Arzusu”nun yenidən Parlament əksəriyyəti olması təhlükəsi yaratmır.

“Bəziləri fikirləşir ki, Bidzina İvanişvili öz pulu ilə hansısa partiyalar yaradacaq və buradan irəli gələrək, əgər onlar Parlamentdə təmsil oluna bilsələr, bu partiyaları və ya Parlament üzvlərini pul ilə ələ alacaqlar. Lakin biz belə düşünmürük. Çünki bunu etmək onun üçün çətin olacaq”, – Əhməd İmamquliyev bəyan etdi.

İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd etdi ki, 2020-ci ildə seçkilərin proporsional sistemlə keçirilməsi xalqın qələbəsidir.

“Artıq oliqarxın dövləti təkbaşına idarə etmə imkanı olmayacaq. Parlamentin yarısı, 75 nəfər majoritar sistemlə oraya seçilib. Bu zaman seçicilərin səsi itir, çünki onlar ola bilsin ki, bir şəxsi dəstəkləyirlər, partiyanı isə yox. Məhz buna görə də proporsional sistemə keçid Gürcüstan üçün çox yaxşı haldır və irəliyə doğru atılmış addımdır ki, buna da xalq etiraz aksiyaları fonunda nail oldu”, – Əhməd İmamquliyev bildirdi.

Konstitusiya islahatlarına əsasən proporsional sistemlə seçkilər 2024-cü ildə 5%-lik baryerlə keçirilməli idi. 2019-cu il iyun aksiyalarının tələblərindən biri isə 2020-ci ildə keçiriləcək Parlament seçkilərinin proporsional sistemlə keçirilməsi idi. 24 iyun tarixində “Gürcü Arzusu”nun siyasi şurası gələn il seçkilərin proporsional sistemlə, lakin 0%-lik baryerlə keçirilməsi ilə bağlı qərar qəbul etdi. İqtidar partiyası hələlik 2020-ci il Parlament seçkilərinin nə üçün 0%-lik baryerlə keçirilməsi barədə açıqlama verməyib.

 

Print Email
FaceBook Twitter Google