Tumasyan və Kazımovun birgə çıxışı – həmrəylik əlaməti olaraq yuxarı qaldırılan əllər
24 iyunda, Rustaveli prospektində baş tutan aksiyada azərbaycanlı və erməni icma nümayəndələri birgə çıxış ediblər və tribunadan ictimaiyyətə müraciət edərək qeyd ediblər ki, Gürcüstanın azadlığı üçün mübarizədə etnos yoxdur.

“Bu gün burada mənimlə bərabər bu ölkənin vətənpərvər övladı Giorgi Tumasyan da dayanıb. Bizim birgə çıxışımız vətəndaşlarımızın birlik simvoludur. Gürcüstan vətəndaşlarının birlik və həmrəyliyini heç kim poza bilməz” – Oqtay Kazımov çıxışı zamanı deyib.

Kazımov və Tumasyan əl-ələ tutaraq birlik və həmrəylik əlaməti olaraq əllərini yuxarı qaldırıblar.

“Bizim ruh birliyimiz, bizim rəngarəngliyimizdir. Bütün etnik, dini qruplar və bütün vətəndaşların birgə dayanması göstərir ki, Gürcüstan əhalisi ölkəmizin azadlığının qorunması üçün birdir” – Giorgi Tumasyan deyib.

Qeyd edilməlidir ki, Tbilisidə, Rustaveli prospektində etiraz aksiyaları 20 iyundan etibarən başlayıb. Rusiya Dumasının deputatı Sergey Qavrilov başqa ölkə deputatları ilə birgə Tbilisiyə, Parlamentlərarası Baş Assambleyasının sayca 26-cı sessiyasında iştirak etmək üçün gəlmişdi. Rusiya Dumasının deputatı Parlamentlərarası Pravoslavlıq Baş Assambleyasının sessiyasını Gürcüstan Parlament sədrinin kürsüsündə əyləşərək açıb. Qeyd olunan fakt cəmiyyətin və Parlament müxalifətini etirazına səbəb olub.

Print Email
FaceBook Twitter Google