Marneulinin Rustaveli küçəsində bir nəfər dünyasını dəyişib
Bu
gün, 26 iyun tarixində Marneulinin Rustaveli küçəsində 60
yaşlarında bir nəfər dünyasını dəyişib.
Onun
ürək tutmasından öldüyü güman olunur.
Hadisə yerinə patrul polisi və təcili tibbi yardım çağırılıb.
Həkimin verdiyi məlumata görə, mərhum dünyasını yerindəcə
dəyişib.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi
ilə istintaq başlayıb. Həmin maddə özünü öldürmə həddinə çatdırmanı
nəzərdə tutur.