Şaban Məmmədov Kobuletidə "Festivalın ulduzu" adına layiq görülüb - FOTO
Marneulili müğənni Şaban Məmmədov 15 iyul
tarixində Kobuleti şəhərində keçirilən "Orange
Festivals Kobuleti" adlı festivalında 1-ci yerin
qalibi olaraq "Festivalın ulduzu" adına layiq
görülüb.
"Orange Festivals Kobuleti" adlı
festivalda Gürcüstan, Rusiya, Ukrayna və Ermənistandan qatılan
iştirakçılar öz musiqi nömrələrini münsiflər heyətinə təqdim
ediblər. Festivalda Gürcüstanı təmsil edən Şaban Məmmədov gürcü
dilində etdiyi solo ifası ilə 6 nəfər münsifin rəğbətini qazanmış
və hər münsifdən 10 bal toplayaraq birinciliyi əldə etmişdir.
18 iyul tarixində yekunlaşan festivalda Ş.Məmmədov birincilik əldə
etdiyinə görə "Festivalın ulduzu" adına
layiq görülüb və ona münsiflər tərəfindən diplom təqdim olunub.