Ulaşlı kəndində içməli su problemi - Marneuli meri problemin həlli üçün çalışır (FOTO)
Marneulinin Ulaşlı kəndinin sakinləri içməli su problemindən şikayətlənirlər. Sakinlər illərdir ki, kəndin mərkəzidə yerləşən bulaqdan istifadə edirlər. Həmin bulaq öz mənbəyini Babakər dağından götürür. Yay fəsili gələndə isə həmin bulaqdan su demək olar ki, gəlmir.

Sakinlərin sözlərinə görə, yerli hakimiyyət tərəfindən evlərə su xəttləri çəkilib, amma hələ ki, istifadəyə verilməyib. Onlar istəyirlər ki, tez bir zamanda həmin su xətti istifadəyə verilsin və onların içməli su problemi aradan qalxsın.


Bu gün, 19 iyul tarixində Marneuli meri Zaur Darğallı Sadaxlı, Qasımlı, Kirəc Muğanlı kəndlərində əhali ilə görüş keçirdi. Görüş zamanı əhalinin problemləri ilə maraqlandı və həmin kəndlərdə həyata keçirilən içməli su layihələri ilə tanış oldu. O, həmçinin, Qaçağan kəndində yeni tikilməkdə olan su anbarının tikintisi ilə də maraqlandı.

Marneuli meri "Marneuli" radiosu ilə söhbəti zamanı bildirib ki, onların əsas məqsədi içməli su probleminin aradan qaldırılmasıdır və bunun üçün isə onlar aktiv şəkildə çalışırlar.


Zaur Darğallı onu da əlavə etdi ki, içməli su problemi olan bölgələrdən biri də Algeti və onun ətraf kəndləridir. Bunun üçün isə yeni su şəbəkəsinin çəkilməsi üçün yeni layihə üzərində işləyirlər və yaxın zamanlarında bu problem də öz həllini tapacaq.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google