Marneuli-Sadaxlı magistral yolunda yol nəqliyyat hadisəsi baş verib
Bu gün, 21 iyul tarixində Marneuli-Sadaxlı magistral yolunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Ermənistan dövlət nömrə nişanlı "Wolksvagen" markalı avtomobil Gürcüstan nömrə nişanlı "Opel" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Opel markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Hadisənin şahidləri qəza yerinə təcili tibbi yardım çağırıblar. Xəsarət alan sürücü təcili yardımla xəstəxanaya aparılıb. İlkin məlumata görə, sürücünün həyatı üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.



Print Email
FaceBook Twitter Google