"10 ədəd zibil daşıyan maşın, 1 500 ədəd zibil qutusu almalıyıq", – Marneuli meri
Marneulidə ən aktual məsəllərdən biri ətraf ərazilərdə zibil
tullantılarının olmasıdır və buna səbəb isə zibil qutularının
olmamasıdır.
Qasımlı və Ulaşlı kəndinin sakinləridə zibil qutulalırının
olmamasından şikayətlənirlər. Onların sözlərinə görə, zibil
tullantılarını hara gəldi atırlar. Bu isə ətraf ərazilərdə
qeyri-qanuni zibilliyin yaranmasına səbəb olur.
Sakinlərin bildirdiyinə görə, kənddə müəyyən qədər zibil qutuları
qoyulsa daha yaxşı olar və müntəzəm olaraq daşınsa kənd ərazisində
zibillik yaranmaz.
19 iyul tarixində Marneuli meri Zaur Darğallı Qasımlı kəndində
əhali ilə görüşü zamanı bildirdi ki, Marneulidə ən aktual
məsələlərdən biri ətraf ərazilərdə zibil tullantılarının olmasıdır.
İndiki mərhələdə onlar zibil tullantılarının daşınması üçün yeni
zibil yığan maşının alınmasını planlaşdırırlar və bundan sonra
mərhələli şəkildə bu məsələdə öz həllini tapacaq.
Zaur Darğallı onu da əlavə etdi ki, zibil tulantılarının ətraf
əraziyə atılmasının qarşısının alınması üçün onlar yeni layihə
üzərində çalışırlar. Bunun üçün onlar əhalinin məlumatlandırılması
üçün gənclərdən ibarət könüllülər dəstəsi yaradacaqlar və bundan
sonra isə onlar müəyyən konmapniyalar keçirəcəklər. Onu da bildirdi
ki, indi ki mərhələdə onlar həmin layihənin üzərində aktiv şəkildə
çalışırlar.