Sadaxlı inzibati ərazi vahidliyində sakinlərin mal-qarası tələf olub
Bu
gün, 23 iyul tarixində Sadaxlı inzibati ərazi vahidliyində
mal-qaranın tələf olması halı qeydə alınıb. “Marneuli” radiosu
hadisə yerində olub. Əhali mal-qaranın tələf olmasına zəhərlənmənin
səbəb olduğunu güman edirlər.
Ancaq dəqiq səbəbin nə olduğunu qeyd etməkdə çətinlik çəkirlər.
Hələ ki, nə qədər mal-qaranın tələf olduğu məlum deyil, ancaq
sakinlər deyirlər ki, vəziyyət ağırdır.
Əhali mal-qaranı otlağa buraxıbmış və bu zaman həşəratların
mal-qaraya hücum etmə faktını qeydə alıblar. İnəklər köpüb və
yerlilər öz imkanları ilə onları xilas etməyə çalışıblar. Hadisə
yerinə Milli Ərzaq Agentliyinin baytar həkimi gedib və bizimlə
söhbətində o, inəklərin tələf olmasının dəqiq səbəbini bilmədiyini
dedi.
“Marneuli” radiosu vəziyyəti aydınlaşdırmağa çalışır. Hadisə ilə
bağlı ətraflı məlumat alan kimi sizlərlə paylaşacağıq.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 188-ci
maddəsi ilə aparılır. Həmin maddə ehtiyatsızlıqdan əşyaya zərər
vurmaq və ya məhv etməyi nəzərdə tutur.