Marneulidə 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan Müharibəsi ilə bağlı seminar keçirildi (VİDEO/FOTO)
Bu gün, 8 avqust tarixində Marneulidə "Gənc Liderlər" adlı yay məktəbi layihəsi çərçivəsində 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan Müharibəsi ilə bağlı seminar keçirildi. Seminar "AtaHolding" idman kompleksində baş tutdu. Tədbirin təşkilatçısı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) idi.

Seminarda Avropa İttifaqının (Aİ) Gürcüstan üzrə Monitorinq Missiyasının nümayəndələri 2008-ci il Avqust ayında baş vermiş Rusiya-Gürcüstan Müharibəsi, münaqişələrin həlli və onların təmsil etdikləri təşkilatın Gürcüstandakı missiyası haqda danışdılar. Tədbir çərçivəsində 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsinin acı xatirələri anıldı. Bu haqda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva məlumat verdi.


Seminarda iştirak edən gənclər görüş haqqında öz fikirlərini bizimlə bölüşdülər.


Xatırladaq ki, Rusiya-Gürcüstan müharibəsindən 11 il keçir. 2008-ci il müharibəsi zamanı rus güllələri 224 nəfər mülki şəxs, 14 nəfər Daxili İşlər Nazirliyi əməkdaşı və 170 nəfər Müdafiə Nazirliyi hərbçisinin – o cümlədən 22 zabit, 133 kapral və serjant, 10 ehtiyatda olan hərbçi, 3 könüllü və bir sıravi əsgərin həyatına son qoydu. Ən çox isə silahlı qüvvələrin IV piyada briqadası itki verdi.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google