"Əvvəl kömək edək sonra ağıl verərikk" -Marneuli bələdiyyə məclisinin üzve təbii fəlakətdən zərər çəkmiş əhali haqqında

"Əvvəl kömək edək, sonra ağıl verərik" – Marneuli Bələdiyyə Məclisinin üzvü, Tsereteli inzibati ərazi vahidinin majoritar deputatı Roman Tabatadze təbii fəlakətdən zərər çəkmiş əhalinin məhv olmuş əkin sahələri məsələsini bu gün, 8 avqustda iclasda müzakirə edib.



Tabatatze aqrokredit məsələsi ilə bağlı banklarla danışıqların hansı mərhələdə olması barədə suala cavab tələb edib. Onun sualına Marneuli Bələdiyyə Məclisi və aparatının üzvləri rəy bildiriblər və deyiblər ki, fermerlər əkin sahələrini sığortalamalı imişlər.

"Həmin adamlara ağıl öyrətmək lazım deyil ki, sığorta etməliydiniz və.s. bunu artıq bilirik. Əhaliyə kömək etmək lazımdır. Ona görə də kömək etdikdən sonra ağıl verək", – Roman Tabatadze bildirib və açıqlama verib ki, əhaliyə banklarla danışıqların aparılması ilə bağlı verilmiş vəd yerinə yetirilməlidir.

Bələdiyyə Məclisi üzvünün sualına cavab olaraq Marneuli merinin müavini Zaur Tabatadze bildirib ki, bələdiyyə üzərinə düşən öhdəliyi yerinə yetirib. Yaradılmış xüsusi komissiya zərəri hesablayıb və müvafiq məlumatlar quberniyaya verilib. Bu mərhələdə danışıqları quberniya aparır.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google