“8 avqust müharibəsi bizim müasir tarixin faciəvi səhifələrindən biridir” - Marneulidə avqust müharibəsi qəhrəmanlarını yad ediblər
Marneulidə Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan Marneulili əsgərlərin memorialı qarşısında bu gün səhər saatlarından sıxlıq hiss olunur. Yerli özünüidarə nümayəndələri memoriala əklil qoyub və xatirələrini yad ediblər.

„8 avqust müharibəsi bizim müasir tarixin faciəvi səhifələrindən biridir. Bu gün biz qəhrəmanları yad edirik, onlar bizim üçün fədakarlıq nümunəsidirlər“ - Zaur Darğallı deyir. Bugünkü tədbirdə eləcə də mer və bələdiyyə sədrinin müavinləri çıxış etdilər. Onlar avqust müharibəsini yad edərək müharibədə həlak olanların xatirəsini yad etdilər.


Rusiya-Gürcüstan müharibəsində Marneulidən 9 nəfər həlak olub.



Tədbirdə müharibədə itkin düşən əsgər, Mamuka Şubitidzenin anası öz hisslərini bizimlə bölüşdü.

„8 avqust bizim üçün unudulmazdır. Bizim yaşadığımız bu ağrını heç bir anaya arzulamıram. Bu oğlanları xatırlayan hər kəsə təşəkkür edirik“ - Mamuka Şubitidzenin anası deyir.



Memorialın qarşısında dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün ayinlər oxunub. Avqust müharibəsini əks etdirən fotomateriallardan ibarət lövhə qurulub. Memorialın ərazisində müharibə qəhrəmanlarını və onların həyat hekayələrini əks etdirən dekorasiyalar təsvir olunub.



Marneuli meriyasının təşəbbüsü ilə Abxaziya və Samaçablo müharibəsində həlak olanlardan 8 ailənin hər birinə yerli özünüidarəetmə 500 lari verəcək.



Print Email
FaceBook Twitter Google