Saimerlo sakinlərinin etirazı nəticəsində kəndə su yenidən əvvəlki quyudan veriləcək

Saimerloda içməli suyun mənbəyi dəyişdirilməyəcək.

Marneuli merinin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Saimerlo sakinlərinə içməli su yenə də mövcud mənbədən veriləcək.

Zaur Darğallının sözlərinə görə, su sisteminin dəyişdirilməsinə cavabdeh olan şirkətdən bildiriblər ki, Saimerloya içməli suyu mövcud mənbədən verməyə hazırdırlar.

Bu gün, 9 avqust tarixində Saimerlo su sisteminin dəyişdirilməsinə cavabdeh olan şirkətin və meriyanın nümayəndələri kənd sakinləri ilə goruşəcək və layihəyə edilən dəyişikliklər barədə məlumat verəcəklər. Sakinlərlə görüş saat 15:00-a planlaşdırılıb.

Saimerlo sakinləri meriyanın kənddə bu vaxta qədər mövcud olan su mənbəyinin bağlayacağı, Saimerloya isə suyu içməli su anbarından verəcəyi məlum olduqdan sonra su sisteminin dəyişdirilməsinə etiraz etdilər.

Sakinlərin sözlərinə görə, kənd suyu illərdir ki eyni mənbədən alır və onlar suyun keyfiyyətindən razıdırlar. Meriyanın nümayəndələri isə kənd sakinlərini əmin edirdilər ki, su anbarına toplanmış içməli suyun keyfiyyəti quyudan birbaşa verilən suyun keyfiyyətindən daha yüksək olacaq.

Yekunda Saimerlo sakinlərinin etirazı nəticə vermişdi və bərpa işləri 24 iyun tarixində dayandırılmışdı.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google