Aşağı Saral
kəndinin uşaqları 17 avqust tarixində ilk kukla teatrı həyata
keçiriblər."Vahid Qafqaz" festivalı çərçivəsində Aşağı
Saraldan olan uşaqlar dörd gün ərzində vorkşop həyata keçiriblər.
Uşaqlar teatrın mövzusunu özləri seçiblər və corablardan yaradılmış
kuklalarla valideynlərə və kənd sakinlərinə ekoloji problemlərdən
danışıblar. "Uşaqlar özləri qərar
verdilər ki, müxtəlif personajlar, əsasən zibillə qidalanan və
sonra ölən heyvanları təsvir etməyə çalışdılar. Uşaqlar bununla
göstərmək istəyirlər ki, tullantıları açığa atmaq
olmaz" - One Caucasus festivalının təşkilatçılarından
biri və tədris incəsənət proqramının rəhbəri Lud Reno deyir.