Marneulidə yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər yaralanıb
Bu gün, 21 avqust tarixində Marneulidə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı iki minik avtomobili toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb. Yaral təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddənin 2-ci bəndi ilə istintaqa aparılır. Həmin maddə nəqliyyat vasitəsinin təhlüksəizliyi və ya istismarı qaydasının pozulmasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google