Candarlı Elvina Zeynalova "İsimsiz" romanını yazdı
19 yaşlı Elvina Zeynalova Marneulinin Candar kəndində yaşayır. Elvina 17 yaşından şeirlər yazmağa başlayıb və daha sonra bu marağı Zeynalovanı roman yazmağa vadar edib. Beləliklə o, “İsimsiz” adlı ilk romanını yazmağa başlayıb.
Elvina deyir ki, romanın bir hissəsini yazsa da daha sonra dərslərə başı qarışdığına görə, bir müddət yazmağa fasilə verib. Bir müddət keçdikdən sonra o, yenidən romanı tamamlamağa başlayıb. Beləliklə 2 ildən sonra o, “İsimsiz” adlı romanını ərsəyə gətirib.

Elvinanın sözlərinə görə, roman dram və romantika janrlarında yazılıb. O, romanda görünüşünə görə özünü, adını insanlardan gizləyən yazıçıdan bəhs edir. Zeynalova deyir ki, yazmağının əsas səbəblərindən biri gələcəkdə keçmişə dönüb baxdığında 19 yaşında roman yazdığını görməkdir. O, həmçinin qeyd etdi ki, yazdığı romanda bir çox məqamlarda özünü görür.

Yazmağın çətin olmadığını deyən Elvina qeyd edir ki, “Əslində insan hisslərini yazanda deyil çərçivəyə salanda çətin olur.”



Gələcəkdə kitab çıxarmağı arzu edən Elvina hazırda ona maddi baxımdan yardım edə biləcək qurumlarla maraqlanır.

Print Email
FaceBook Twitter Google